Azərbaycanda qalmış bu qədər Qazaxıstan vətəndaşı ölkələrinə göndərilib

15:17 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 33 Azərbaycan və 13 Qazaxıstan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən ABC.AZ-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb. Qeyd edək ki, son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253 Qazaxıstan vətəndaşı və 193 xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb.

 

Bütün xəbərlər