Pomidor və xiyar yığımının 536 ton artdığı rayon – Hesabat

15:27 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Biləsuvarda bu mövsüm 1442 hektar sahədə tərəvəz yetişdirilib.

ABC.AZ Rayon statistika idarəsinə istinadən xəbər verir ki, yetişdirilən tərəvəzin 765,4 hektarını pomidor-xiyar təşkil edib.

Məhsul istehsalçıları əkin sahəsindən indiyədək 36 min 823 ton məhsul toplayıblar.

Bu il Biləsuvar fermerləri yazda 765,4 hektar sahədə pomidor-xiyar becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri indiyədək 655,4 hektar pomidor sahəsinin 513 hektarından 33 min 960 ton, 110 hektar xiyar sahəsinin 108 hektarından isə 2 min 863 ton məhsul yığıblar. Məhsulun 127 tonu istixana komplekslərindən toplanılıb.

Müqayisə üçün qeyd edək ki, bu il rayondakı pomidor-xiyar yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 536 ton çoxdur.

Bütün xəbərlər