Bir sıra göstəricilər üzrə artımı olan Agentlik – Mənfəəti isə kəskin çoxalıb

15:56 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2019-cu ili 5,34 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 3,015 milyon manat xalis mənfəətlə çıxmışdı.

ABC.AZ report-a istinadən xəbər verir ki, ötən il dövlət MİDA-ya əvvəlki illə müqayisədə 8,8% çox – 1,5 milyon manat yardım edib.

Hesabat dövründə Agentliyin maliyyə gəlirləri isə 7,72 milyon manat olub ki, bu da 76,6% artım deməkdir. MİDA 2019-cu ildə ümumi və inzibati xərclərini 60% artıraraq 3,18 milyon manata çatdırıb, 2018-ci ildən fərqli olaraq müvaqilə və maliyyə aktivləri üzrə 693 min manat məbləğində xalis dəyərsizləşmə zərəri ilə üzləşib, icarə öhdəliyi üzrə 7 min manat xərc çəkib.

Bu il yanvarın 1-nə MİDA-nın aktivləri 205,434 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 97,9% və yaxud təxminən 2 dəfə çoxdur.

Hesabat dövründə Agentliyin öhdəlikləri təxminən 110 dəfə artaraq 34,582 milyon manata, balans kapitalı isə təxminən 65% artaraq 170,852 milyon manata çatıb.

 

Bütün xəbərlər