Mehriban Əliyeva daha bir mərasimdə – Bu dəfə uşaq bağçasının açılışı olub

16:18 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib.

ABC.AZ xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verilib.

Bildirilib ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir.

Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var.

Bağçada akt və idman zalları, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaladrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur.

Binada, həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb.

 

Bütün xəbərlər