330x110
 

Qonşu ölkədə COVİD-19 xəstələrinin sayı durmadan artır - 218 yoluxan var

22.09.2020,16:36


22 sentyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən artım var.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Yoluxucu Xəstəliklər Xəstəxanasından açıqlama verilib. Məlumata görə, son 24 saat ərzində ölkə üzrə 218 yeni yoluxma qeydə alınıb.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 40 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 3,913 nəfərə çatıb.

Onlardan 1,574 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 22 nəfər sözügedən virusdan həyatını itirib.

Müəllif: Elmir Murad