Bakının bu rayonlarındakı iaşə obyektlərinə qarşı protokollar tərtib olunub – Siyahı

16:57 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. İqtisadiyyat nazirliyi sentyabrın 18-20-də Bakının bir sıra rayonlarında monitorinqlər keçirib.

Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, monitorinq zamanı Suraxanı rayonunda “Doneritto kafe”də, “Ümid kafe”də, “Green park restoranı”nda, “Turşsu restoranı”nda, Məmməd Məmmədova məxsus “Qarışıq mallar mağazası”nda, Yasamal rayonunda “Əla market”də, “Murad market”də, “NR market”də, “Böyük Firat restoranı”nda, “Cadda kafe”də, “Meat garden restoranı”nda Səbail rayonunda “Osmanbəy geyim mağazası”nda, “Fisincan kafe”də, “Kafe park”da, “Qala divarı restoranı”nda, “Elay kafesi”ndə, “Zeytun aptek” iaşə obyektində, ümumilikdə 394 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər