330x110
 

Səkkiz ayda kənd təsərrüfatı mallarının istehsalı artıb – Siyahı

22.09.2020,17:08


22 sentyabr, Fineko/abc.az  Bu ilin 8 ayında kәnd tәsәrrüfatının ümumi mәhsulunun faktiki qiymәtlәrlә dәyәri 5 milyard 722,1 milyon manat tәşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  sözügedən dövrdəki məbləğin 2 milyard 799 milyon manatı heyvandarlıq, 2 milyard 923,1 milyon manatı isә bitkiçilik mәhsullarının payına düşür.

Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövrünə nisbətdə kәnd tәsәrrüfatı məhsullarının istehsalı 1,9 faiz artıb. Bununla yanaşı  heyvandarlıq mәhsulları 3,2 faiz, bitkiçilik mәhsulları isә 0,6 faiz artıb.

Müəllif: Elmir Murad