Bu şəxslərin ölkəyə gətirdikləri əmlaklarla bağlı tələblər dəyişdi

10:17 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Diplomatların xaricdə işlədikləri müddətdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən avtonəqliyyat vasitələrinin gömrük ödənişi olmadan Azərbaycana gətirməsinə dair tələblər dəyişib.

ABC.AZ-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

21 avqust 2020-ci il tarixli qərar 22 avqust 2020-ci il tarixdə dərc edilib və dərc edildiyi gündən 30 gün sonra – bu gün sentyabrın 22-dən qüvvəyə minib.

 

Bütün xəbərlər