330x110
 

İlon Mask daha bir yeniliyə imza atacaq - Pilotsuz avtomobillər istehsal edəcək

23.09.2020,10:20


23 sentyabr, Fineko/abc.az. "Tesla" və "SpaceX" şirkətlərinin banisi İlon Mask üç il sonra şirkətin 25 min ABŞ dolları məbləğində pilotsuz avtomobillər istehsal edəcəyini söz verib.

ABC.AZ-ın məlumatına görə, İ. Mask Kaliforniyada səhmdarlarla görüşdə belə deyib.

O qeyd edib ki, əminik ki, üç il sonra həqiqətən də 25 min ABŞ dollarına tamamilə pilotsuz olacaq cazibədar avtomobili yarada biləcəyik.

Yeni avtomobil "Tesla"nın hazırda istehsal etdiyi "Model 3"-dən 12 min ABŞ dolları ucuz olacaq. Qeyd edək ki, hazırda "Model 3"-ün qiyməti 37 990 ABŞ dollarıdır. ABŞ-ın "Tesla Motors" şirkətinin əsası 2003-cü ildə elektrik avtomobillərin və texnologiyaların istehsalçısı kimi qoyulub.

Müəllif: Elmir Murad