Gürcüstan bu məhsulların Azərbaycana ixracını artırıb - Hesabat

10:32 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana ixrac olunan sitrus meyvələrinin həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib ki, sözügedən dövrdə Gürcüstan Azərbaycana 540,6 ton sitrus meyvəsi ixrac edib. 8 aylıq ixracın ümumi dəyəri 474,5 min ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin analoji dövrünə nisbətən 2,6 dəfə artım deməkdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər