330x110
 

Türk Lirəsi dollar qarşısında tab gətirə bilmir – ABŞ valyutası qardaş ölkədə bahalaşır

23.09.2020,11:43


23 sentyabr, Fineko/abc.az. Türkiyədə dollar yenə də rekord həddə bahalaşıb.

ABC.AZ xəbər verir ki, qardaş ölkədə Dollar/TL məzənnəsi 7,68 səviyyəsini də aşıb.

Buarada sentyabrın 24-də Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı açıqlama verəcəyi gözlənilir. Ekspertlər hesab edir ki, hazırda TL-yə mənfi təsir edən amillərdən biri də Türkiyə Mərkəzi Bankından faiz dərəcələrini artırıb-artırmayacağı ilə bağlı gözləntilərdir. Bununla yanaşı bazarlarda Türkiyə - Avropa Birliyi əlaqələri də TL-yə təsirsiz ötüşmür.

Müəllif: Elmir Murad