Bu ölkələrdən Rusiyaya pulköçürmələri azalıb – Yalnız Azərbaycandan artıb

12:16 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Bu ilin II rübündə fiziki şəxslər tərəfindən Rusiyaya yönələn pul köçürmələrinin həcmi 4,83 mlrd.

ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% azalıb.

Rusiyadan pulköçürmələrin həcmi isə aprel-iyun aylarında 14% azalaraq 7,24 mlrd. dollara bərabər olub.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, MDB-dən Rusiyaya pulköçürmələri 24% azalıb.

Ən kəskin azalma Tacikistandan gələn köçürmələrdə (76%), ən yüksək artım isə Azərbaycandan olan transfertlərdə qeydə alınıb.

Belə ki, illik ifadədə II rübdə Azərbaycandan Rusiyaya pulköçürmələri 60% artıb.

 

Bütün xəbərlər