330x110
 

Naxçıvanda tikinti işləri kəskin artıb – Hesabat

23.09.2020,12:32


23 sentyabr, Fineko/abc.az. Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 661 milyon 448 min manat vəsait yönəldilib.

ABC.AZ MR-in Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da bir il öncəki göstəricidən 1,1 faiz çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 634 milyon 681 min 600 manatı və ya 96 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.