Rusiyalı turistlərin istirahəti üçün Azərbaycan ucuz ölkələr siyahısına daxil oldu

11:42 - 1.02.2018


1 fevral, Fineko/abc.az. Aviabiletlərin axtarış sistemi  “Skyscanner”, Rusiya turistləri üçün dünyanın müxtəlif yerlərində iki həfləlik istirahətin dəyərini hesablayıb. 

Azərbaycan bu siyahıda göstərilən 23 ölkə sırasında 17-ci yeri tutur. Azərbaycana biletlərin qiyməti  426 dollar, yerində xərclər 1190 dollar, səfərin ümumi büdcəsi 1616 dollar səviyyəsində göstərilib.

Səyahətin dəyəri aviabiletlərin, yaşayışın  qiymətindən və yerində edilən xərclərin məbləğindən formalaşır.

Qiymətlər, iki nəfərin iki həfləlik səyahətinin, birlikdə  mehmanxanada və ya mənzildə yaşayışının, yerli kafelərdə qidalanmasının, həmçinin  restoranlarda şam yeməklərinin hesablanmasından irəli gəlir.

Yerində edilən xərclərə qidalanma, nəqliyyat və muzeylərə və əyləncələrə çəkilən xərclər daxildir. Bütün qiymətlər ortalama  hesablanıb, standart məzuniyyətin 14 gününə vurulub və dollarla  hesablanıb.

 

 

Bütün xəbərlər