Azərbaycanda doğum və ölümün qeydiyyatı elektron qaydada olacaq - Fərman

14:09 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmanda Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə doğumun və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək.

 

Bütün xəbərlər