Qızılın qiyməti rekord həddə bahalaşacaq – ABŞ şirkətindən proqnoz

14:38 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Qızılın qiyməti 2020-ci ilin 4-cü rübündə rekordunu yeniləyə bilər.

ABC.AZ-ın məlumatına görə, bu barədə ABŞ-ın Citigroup şirkətinin hesabatında öz əksini tapıb.

Hesabatda qızılın bahalaşmasının bir neçə səbəbi göstərilib.

Qeyd edilib ki, ABŞ-da faizlərin aşağı olması, o cümlədən bir neçə il ərzində faiz artımı olmayacağı ehtimalı da qızılı bahalaşdırır.

Ehtimal olunur ki, qızılın qiymətləri 2021-ci ildə 2275 dollar olacağı gözlənilir. Bu hesabatda da qeyd olunub.

Qeyd edək ki, hazırda qlobal bazarlarda qızılın unsiyası 1888 dollardan ticarət olunur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər