330x110
 

Səkkiz ayda Azərbaycana bu qədər buğda gətirilib – Məbləğ

23.09.2020,14:50


23 sentyabr, Fineko/abc.az. Bu ilin 8 ayında Azərbaycanın xaricdən aldığı buğdanın həcmi məlum olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə  istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 147,2 milyon ABŞ dollar olmaqla, 688,7 min ton buğda olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında ölkəyə 186,2 milyon dollarlıq 852,8 min ton buğda idxal edilib.

Müəllif: Elmir Murad