Bu bölgədə 119 milyon manatdan çox kredit verilib – 8 ayın hesabatı

15:03 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 119 milyon 399 min 400 manat məbləğində kreditlər verilib.

Naxçıvan Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu da bir il öncəki göstəricidən 1,5 dəfə çoxdur.

Sözügedən dövrdə verilmiş kreditlərin 13 milyon 879 min 100 manatı və yaxud 11,6 faizi qısamüddətli, 105 milyon 520 min 300 manatı və yaxud 88,4 faizi isə uzunmüddətli kreditlər olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər