Naxçıvana yeni təcili tibbi yardım avtomobilləri bağışlanıb – 7 ədəd

15:14 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş Nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

ABC.AZ xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

O qeyd edib ki, yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi bu ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib. "Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir" - deyə Z. Əliyev qeyd edib.

Qeyd edək ki, Naxçıvana 7 ədəd “Mercedes Sprinter 316” markalı avtomobil verilib. Onlardan 5 ədədi sadə, 2 ədədi reanimobildir.

 

Bütün xəbərlər