Naxçıvanda bu qədər bank hesabı açılıb – Böyük rəqəm

15:49 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. 1 sentyabr 2020-ci il tarixə Naxçıvan Muxtar Respublikasının banklarında açılmış bank hesablarının sayı 89706-ya çatıb.

ABC.AZ Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun da 78364-ü və ya 87,4 faizi aktiv hesablardır.

2020-ci ilin yanvar-avqust aylarında açılmış 25612 bank hesabının 25601-i aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 sentyabr 2020-ci il tarixə 1346-ya çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər