330x110
 

Azərbaycan vaksin istehsal edə bilərmi? – TƏBİB-dən açıqlama

23.09.2020,16:14


23 sentyabr, Fineko/abc.az. TƏBİB rəsmisi COVİD 19 vaksinlərinin Azərbaycanda istehsalı ilə bağlı məsələlərə münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib ki, vaksinin ölkəmizdə istehsalı mümkün görünmür.

Y.Qarayeva deyib ki, xaricdən vaksin almaq iki formada ola bilər:

“Söhbət istehsalçı şirkətlərlə ikitərəfli danışıqlar və çoxtərəfli platforma əsasında vaksin almaqdan gedir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Biz burada istehsalçı şirkətlərlə birbaşa danışıqlara getmirik. Ancaq bunun mənfi cəhəti odur ki, vaksin seçimi imkanı verilmir".