330x110
 

Azərbaycanın bu qəsəbəsinə Avropada böyük maraq var – Səbəb

23.09.2020,16:23


23 sentyabr, Fineko/abc.az "Balaxanı qəsəbəsinin gələcək inkişafı ilə bağlı fikirlər var".

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanışlıqdan sonra sakinlərlə söhbətdə deyib.

Ölkə başçısı qeyd edib ki, artıq həm Bakı sakinləri, həm digər şəhərlərdən insanlar buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər: "Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı məlumat dərc edilir, Avropada, Rusiyada maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq. Çünki yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı olan məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər”.