Bu ölkədə 100-ə yaxın bank bağlana bilər – Bədbin proqnoz

16:30 - 23.09.2020


23 sentyabr, Fineko/abc.az. Yaxın üç il ərzində Rusiyada 100-ə yaxın bank bağlana bilər.

Onların 1/3-i könüllü – Rusiya Mərkəzi Bankının lisenziyanın ləğv edilməsi haqqında qərarı olmadan bazarı tərk edəcək.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə Analitik Kredit Reytinq Agentliyinin (AKRA) rəhbəri, Rusiya Mərkəzi Bankının sədrinin keçmiş müavini Mixail Suxov deyib.

"Bankların çoxu gəlirliliyini itirir, koronavirus böhranı və faiz endirimi bu tendensiyanı stimullaşdırıb", - deyə M. Suxov bildirib.

Onun sözlərinə görə, bankların səhmdarları və sahibləri özləri də zərərli bir bankın qoruyub-saxlanmasının perspektivsiz bir işin və lisenziyanı təhvil verməyin daha yaxşı olduğunu anlayırlar ki, ölkədəki belə bankların sayı 30-33 ola bilər.

Daha 10 və ya bundan çox təşkilat isə konsolidasiyaya gedəcək. Qalanları isə lisenziyalarını ləğv edəcək.

 

Bütün xəbərlər