330x110
 

Azərbaycan Gürcüstandan 156,1 milyon dolları dəyərində avtomobillər alıb – Hesabat

23.09.2020,17:26


23 sentyabr, Fineko/abc.az. Azərbaycan Gürcüstandan avtomobil idxalını 16% artırıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 14 989 ədəd minik avtomobili idxal edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan maşınların ümumi dəyəri 156,1 milyon ABŞ dolları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 065 ədəd və yaxud 16% artırıb.