Ötən il istehsalı və əkini artan məhsul - Hesabat

10:38 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Azərbaycanda qarğıdalı yığımı davam edir.

ABC.AZ xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki,  Azərbaycanda 2019-cu ildə 32.8 min hektar qarğıdalı sahəsi əkilib: "Əkin sahəsi 2018-ci ilə nisbətən 3.5% artıb. Cari ildə isə ölkədə 34.6 min hektar qarğıdalı əkilib. 2019-cu ildə qarğıdalı istehsalı 2018-ci ilə nisbətən 14.4% artaraq 283.6 min ton olub. 2020-ci ilin yanvar-avqust ayları ərzində qarğıdalı istehsalı 56.9 min ton olub. Qarğıdalının məhsuldarlığı 2019-cu ildə 59.5 sent/ha təşkil edib, 2018-ci ilə nisbətən 3.1% artıb".

 

Bütün xəbərlər