“AzerGold” istiqraz sahiblərinə faiz gəlirləri belə ödəniləcək – Detallar

11:15 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. "AzerGold” QSC-yə aid istiqrazların Bakı Fond Birjasında tədavülə buraxılması münasibətilə mərasim keçirilib.

ABC.AZ-ın məlumatına görə, tədbirdə qeyd olunub ki, “AzerGold” QSC-nin emissiya etdiyi istiqrazlara maraq böyükdür. Sifarişlər onu göstərir ki, istiqrazlara tələb təklifi bir neçə dəfə üstələyəcək. Məlumat verilib ki, “AzerGold” istiqrazlarının aktiv təkrar bazarının olacağı gözlənilir.

Qeyd edək ki, “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4% təşkil edir. İstiqrazların tədavül müddəti 3 ildir. İstiqraz sahiblərinə faiz gəliri 3 aydan bir ödəniləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər