Azərbaycan bu ölkəyə 3 milyon dollarlıq çay satıb - 8 ayda

11:54 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az.  Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 3 milyon ABŞ dolları dəyərində 489,5 ton çay idxal edib.

 ABC.AZ report-a istinadən xəbər verir ki, nu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkə Azərbaycandan çay tədarükünü 6,4 ton artırıb. Hesabat dövründə Azərbaycan da Gürcüstandan çay idxal edib. Məhsulun həcmi 167,5 ton, dəyəri isə 1,2 milyon ABŞ dolları olub. 

Bütün xəbərlər