Fermerlərə bu qədər mikrokredit verilib - Agentliyin vəsaitləri hesabına

12:08 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az  Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabına 1895 fermerə 18 milyon manatadək mikrokredit verilib.

 Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu mikrokreditlərin 15 milyon manatı heyvandarlıq sahəsi ilə məşğul olanlara ayrılıb.

Ümumilikdə, 2020-ci ilin ötən dövrü ərzində Agentlik kənd təsərrüfatı məhsulları istehsalçılarına bütün kredit növləri üzrə 51 milyon manatadək kredit ayırıb.

Ötən dövrdə kənd təsərrüfatı texnikası və damazlıq heyvan alışı üçün aqrar sahə iştirakçılarına AKİA tərəfindən 64 milyon manatdan artıq güzəşt vəsaiti ödənilib. Bu vəsait fermerlərin təchizatçılardan aldıqları 5876 damazlıq heyvanın və 4140 kənd təsərrüfatı texnikasının dövlət tərəfindən ödənilən güzəşt məbləğini təşkil edir.

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər