Milli Parka 1000 manatdan çox zərər vurdu – Saxlanıldı

14:00 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Qızılağac Milli Parkının nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

ABC.AZ xəbər verir ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon Liman şəhər sakini İlkin Əliyev olduğu və təbiətə 1023 manat ziyan dəydiyi məlum olub.

Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər