Gürcüstanda xəstələrin sayı durmadan artır – Rekord yoluxma

14:23 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Gürcüstan ərazisində virusa yoluxanların sayında yenidən artım müşahidə olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Yoluxucu Xəstəliklər Xəstəxanasından bildirilib.

Son 24 saat ərzində ölkə üzrə 259 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 62 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 4,399 nəfərə çatıb.

Onlardan 1,705 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 25 nəfər sözügedən virusdan həyatını itirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər