Nazirdən nikbin proqnoz – Pandemiyaya görə bu il ÜDM-in azalması cüzi olacaq

14:45 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) dinamikası ilə bağlı gözləntiləri açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, “AzerGold” QSC-nin istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə M.Cabbarov qeyd edib ki, koronavirus pandemiyasına görə bu il ÜDM-in azalması gözlədiyimizdən az olacaq.

Əgər bu ilin may-iyun aylarında 4,5,-4,7% iqtisadi geriləmə gözlənilirdisə, artıq həmin rəqəmi 3,5-3,7% arasında gözləyirik deyən nazir vurğulayıb ki, bütün bu proqnozlar pandemiyanın II dalğasının olub-olmaması, olacağı təqdirdə nə dərəcədə sərt keçməsi, ən əsası vətəndaşlarımızın müvafiq qaydalara riayət edib-etməsi ilə birbaşa bağlıdır: " Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa sosial aktivliklə bağlıdır, bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz. Hər iki sahədə qəbul edilən addımların ahəngliyi və bir-biri ilə uzlaşması, icra edilməsi kimi tədbirləri nəzərdə tuturam".

 

Bütün xəbərlər