330x110
 

Bu hal sığorta sahəsində keyfiyyətli kadr hazırlıqları prosesinə mənfi təsir edir – ASA

24.09.2020,14:58


24 sentyabr, Fineko/abc.az. Bu gün Azərbaycanda heç bir ali təhsil müəssisəsində sığortanın tədrisini həyata keçirən ayrıca fakültələrin olmaması sığorta sahəsində keyfiyyətli kadr hazırlıqları prosesinə öz mənfi təsirini göstərməkdədir.

Bunu ABC.AZ-a Azərbaycan Sığortaçılar Assosiasiyasından bildiriblər.

Qeyd olunub ki, növbəti tədris ilindən sığorta təhsili ilə bağlı ayrıca fakültələrin fəaliyyətinin yenidən bərpa olunması sektorun inkişafına əvəzsiz təkan verə bilər: "Bütün bunlara baxmayaraq Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Mərkəzi Bankı ilə birlikdə sığorta sektorunun inkişafını stimullaşdıran, sığortaçıların maneəsiz fəaliyyətini təmin edən layihələrlə yanaşı həm də lokal bazarda maarifləndirmə işlərinin həyata keçirilməsində də maraqlıdır. Bu istiqamətdə növbəti mərhələ üçün nəzərdə tutulan layihələrin sığorta bazarına yeni və keyfiyyətli kadrların cəlb olunmasına müsbət töhvə verəcəyinə əminik".

Müəllif: Elmir Murad