Azərbaycanın Qazaxıstandan aldığı buğdanın miqdarı azalıb - 25 faizdən çox

15:07 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Qazaxıstandan 1,7 mln ABŞ dolları dəyərində buğda idxal edib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 dəfə azdır.

Belə ki, 2019-cu ilin yeddi ayı ərzində qonşu ölkədən Azərbaycana 43,6 mln ABŞ dolları dəyərində buğda ixrac edilib.

Ümumilikdə isə bu ilin yanvar-iyul ayları ərzində Qazaxıstan xarici ölkələrə 2,56 mln ton həcmində buğda satıb. 2019-cu ilin analoji dövrü ilə müqayisədə fiziki həcm 22,4% və ya təxminən 740 min ton azalıb. Satışdan əldə edilən gəlir də 612,1 mln ABŞ dollardan 557,2 mln ABŞ dollara qədər düşüb. Bu müddət ərzində Qazaxıstan MDB ölkələrinə təxminən 2,1 mln ton buğda satışını həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% azdır. Ancaq satışın dəyəri 5 mln ABŞ dollardan artıq olub.

 

Bütün xəbərlər