Elektron Su Portalı istifadəyə verilib

15:16 - 24.09.2020


24 Sentyabr, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən Elektron Su Portalı (http://e-su.az) istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, təqdimat zamanı “Azərsu” ASC-nin  Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov bildirib ki, bu sistem kommunal sektorda ilk dəfədir tətbiq olunur.

Elektron Su Portalına giriş “Asanlogin” üzərindən həyata keçirilir.

Portalda içməli su və tullantı su xidmətlərinə görə formalaşmış bildirişlər əldə etmək və ödənişlər aparmaq mümkündür. Eyni zamanda abonentlər bütün ödənişləri ilə bağlı məlumatları da sistem vasitəsilə əldə edə bilərlər.

Qeyd olunur ki, Portalda vətəndaşlar üçün “online çat” imkanı da yaradılıb və  istifadəçilər 24 saat bu imkandan yararlana bilər.

 

Bütün xəbərlər