330x110
 

Gömrükdə yeni era - “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsi gəlir

24.09.2020,15:18


24 sentyabr, Fineko/abc.az. Bu gün Dövlət Gömrük Komitəsində “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib.

ABC.AZ-ın məlumatına görə, tədbirdə Komitə Katibliyinin rəisi Anar Süleymanov layihə barədə məlumat verib və bildirib ki, gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, infrastrukturun yenidən qurulması, kadr və struktur islahatları ilə yanaşı, Ümumdünya Gömrük Təşkilatının gündəliyindəki qlobal çağırışların Azərbaycanda reallaşdırılması zərurəti təqdim edilən layihənin tətbiqini aktuallaşdırıb.

A.Süleymanov “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında, xidmət səviyyəsinin yüksəldilməsində də mühüm rol oynayacağını vurğulayıb. Sonra layihənin ictimaiyyətə tanıdılması məqsədilə hazırlanan videoçarx nümayiş etdirilib.