Yoluxanların sayı artdı – 1 nəfər isə öldü

15:53 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1 850 olub.

 

Bütün xəbərlər