330x110
 

Azərbaycanda dərmandan istifadə çoxalıb? - Ölkəyə gətirilmiş əczaçılıq məhsulları artıb

24.09.2020,16:33


24 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında Azərbaycana gətirilmiş əczaçılıq məhsullarının həcmi bəlli olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, sözügedən dövrdə ölkəyə 14,9 min ton əczaçılıq məhsulları idxal edilib. Bəhs olunan dövrdə Azərbaycana gətirilmiş məhsulların dəyəri 243 milyon dollar olub.

Müqayisə üçün qeyd edək ki, keçən ilin eyni dövründə Azərbaycana 176,8 milyon dollarlıq 9 min tonadək əczaçılıq məhsulları idxal edilmişdi.

Müəllif: Elmir Murad