Qiymətli metal filizləri artıb - 8 ayın hesabatı

17:07 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Yanvar-avqust aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalında 7,1 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, sözügedən dövrdə 5211,6 kiloqram qiymətli metal filizlər və konsentratlar istehsal olunub.

Sentyabrın 1-nə 428,2 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər