Bu şirkət nizamnamə kapitalını artırıb – 60 faiz

17:25 - 24.09.2020


24 sentyabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti "Azmonbat" MMC nizamnamə kapitalını 1,5 milyon manat və yaxud 60% artırıb.

ABC.AZ report-a istinadən xəbər verir ki, şirkət kapitalını 2,5 milyon manatdan 4 milyon manata çatdırıb.

Xatırladaq ki, "Azmonbat" 2018-ci ildə yaradılıb. Şirkət SKSP-də qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirir. Layihə çərçivəsində istifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə edilir.

 

Bütün xəbərlər