"Galaxy S20"-nin təqdimatı keçirilib – Qiyməti də açıqlanıb

10:11 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Cənubi Koreyanın “Samsung" şirkəti Galaxy S20 smartfonunun onlayn təqdimat mərasimini keçirib.

ABC.AZ xəbər verir ki, smartfonun ön kamerası 32, arxa kameraları isə 12 və 8 meqapikseldir.

Galaxy S20-nin oktyabrın 2-də satışa çıxarılcağı bildirilir. Qiyməti isə 700 dollar təşkil edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər