330x110
 

Fond tender elan edir

25.09.2020,10:22


25 sentyabr, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsində 1512 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üçün tender keçirir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 07.10.2020 15:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 20.10.2020 18:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 21.10.2020 16:00 tarixində aparılacaq.

Telefon: (994 12) 4318703

Əlaqələndirici şəxs: Aygün Hüseynova