İnsanlar COVID vaksinini fikirləşərkən ağıllarına dərhal çipləşmə gəlir – TƏBİB rəsmisi

10:23 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. COVID-19 peyvəndi ilə insanları çipləşdirmək məsələsinə yenidən aydınlıq gətirilib.

ABC.AZ xəbər verir ki, TƏBİB Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov İctimai Televiziyada yayımlanan “Diqqət mərkəzi” verilişində məsələyə toxunaraq qeyd edib ki, deyilənlər şayiədir, elmi əsası yoxdur.

O bildirib ki, çipləşdirmə məsələləri artıq modern dünyanın bir istiqamətinə çevrilib: "Yəqin insanlar onun üzərindən belə fikirləşirlər. Hətta insanlar könüllü şəkildə gedib uşaqlarını və özlərini çipləşdirirlər. Ancaq çox təəssüf ki, insanlar COVID vaksini haqqında fikirləşərkən onların ağlına dərhal çipləşmə məsələsi gəlir. Bu fikirlərin heç bir əsası yoxdur. İnsanları kimsə çipləşdirmək istəsəydi, onu başqa üsullarla edərdilər. Ən azından onu körpələrə vurulan vaksinlərin tərkibində edərdilər. Daha bu cür bütün əhali kütləsinə nəzərdə tutulan preparatla yox".

 

Bütün xəbərlər