Yaxın vaxtlarda gəlirlərin deklorasiyası sisteminin tətbiqi reallaşa bilər – Millət vəkili

10:38 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Yaxın zamanlarda Azərbaycanda illik olaraq gəlirlərin deklorasiyası sisteminin tətbiqi reallaşa bilər.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda “Gəlir deklorasiyası haqqında” Qanunun qəbul ediləcəyinin şahidi olacağıq: "Ölkə başçısının yürütdüyü siyasət məhz həmin qanunun qəbuluna istiqamətlənib. Qanunun işləməsi üçün Nazirlər Kabineti tərəfindən normativ sənədlər təsdiqlənməlidir. O sənədlər təsdiq edildikdən sonra heç bir problem olmayacaq. Cənab Prezident tərəfindən aparılan islahatlar, yeni siyasi-iqtisadi modelə keçid göstərir ki, qanun qəbul ediləcək".

 

Bütün xəbərlər