Valyuta hərracında manat-dollar məzənnəsi dəyişməz olaraq qaldı

15:12 - 1.02.2018


1 fevral, Fineko/abc.az. Bu gün keçirilmiş valyuta hərracında manat və dollar əvvəlki səviyyədə qaldı.

“1 fevral 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7001 səviyyəsində formalaşmışdır”, - Mərkəzi Bankın məlumatında belə deyilir.

Daha öncə, yanvarın 30-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7001 AZN/1 USD təşkil etmişdir.

 

 

Bütün xəbərlər