Mobil operatorlar 8 aydakı hesabatını açıqlayıb – 595 milyon manatlıq xidmət göstərilib

11:17 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. İnformasiya vә rabitә sahәsindә fәaliyyәt göstәrәn müәssisәlәr tәrәfindәn 2020-ci ilin yanvar-avqust aylarında 1 milyard 413,0 milyon manat xidmәtlәr göstərilib.

ABC.AZ xəbər verir ki, bu әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 1,1 faiz artıq deməkdir.

Xidmətin 72,3 faizi әhali tәrәfindәn istehlak olunub. Xidmәtlәrdәn әldә edilәn gәlirin 42,1 faizi vә ya 595,0 milyon manatı mobil telefon rabitәsi sahәsindә formalaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər