Gürcüstanda yeni qadağaların tətbiqinə başlanılır – Siyahı

11:40 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Epidemoloji vəziyyətin pisləşməsi ilə əlaqədar bu gündən Gürcüstanın Acarıstan bölgəsində müxtəlif məhdudiyyətlər qüvvəyə minir.

ABC.AZ xəbər verir ki, bu barədə qərar Qurumlararası Əlaqələndirmə Şurasının iclasında alınıb.

Qərara əsasən, bu gün saat 22:00-dan etibarən, Acarıstanda restoranlar işləməyəcək. Həmçinin, bu gündən etibarən sözügedən bölgədə ictimai nəqliyyatin hərəkəti təmamilə dayandırılacaq.

Qeyd edək ki, son günlər ərzində Gürcüstanda epidemoloji vəziyyətin ən çox pisləşdiyi bölgə Acarsıstan hesab edilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər