Türkiyə lirəsi bahalaşır – Faiz qərarı təsir edib

12:01 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Türkiyə Mərkəzi Bankı sentyabrın 24-də faiz qərarını 2 bənd yüksəldib.

ABC.AZ xəbər verir ki, bu qərardan sonra Dollar/Türk Lirəsi (TL) məzənnəsi geriləməkdədir.

Türk Lirəsinin dollar qarşısında bu günkü qazancı 1,3%-i aşıb.

Beləliklə dollar Türk lirəsi qarşısında 1.3% düşərək 7.5134 səviyyəsinə enib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər