İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

15:39 - 1.02.2018


1 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasında sosial müdafiə sahəsində  həyata keçirilən əməkdaşlıq məmnunluq hissi doğurur.  Azərbaycan prezidenti bu sahədə təcrübə mübadiləsi və birgə proqramların gerçəkləşdirilməsinin zəruriliyini  qeyd edib.

Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu  məmnunluqla qeyd edib ki,  bu vəzifədə fəaliyyətinə başladıqdan sonra  ilk səfərini Azərbaycana etdi. O, vurğuladı ki, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub və sosial müdafiə sektorunda əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd etdi.

 

 

Bütün xəbərlər