İxrac əməliyyatlarının ən yüksək və ən aşağı olduğu aylar – Siyahı

12:32 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Bu il Azərbaycanda ən az ixrac əməliyyatları may ayında aparılıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi yanvar, ən aşağı göstəricisi isə mayda qeydə alınıb.

Belə ki, yanvarda ixrac əməliyyatları 2 milyard 130,2 milyon ABŞ dolları, mayda isə 665,4 milyon dollar təşkil edib. Qeyd edək ki, cari ilin 8 ayında ölkədə ixracın dəyəri 9 milyard 880,1 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər