330x110
 

Dörd bankın əmanətçilərinin pulları belə qaytarılır – Detallar

25.09.2020,14:21


25 sentyabr, Fineko/abc.az. Sentyabrın 24-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 604 əmanətçiyə 534,4 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 24-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 191,21 milyon manatdan çox kompensasiya ödənilib. "AG Bank" üzrə 4065 əmanətçiyə 78,40 milyon manat, "NBC Bank" üzrə isə 3887 əmanətçiyə 112,81 milyon manat kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 24-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 343,21 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5544 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 131,83 milyon manat, "Ata Bank" üzrə 9108 əmanətçiyə isə 211,37 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad